“Qarabağ”ın legioneri Marko Yankoviç şəxsi “İnstagram” hesabında paylaşım edib.
Presssport.az xəbər verir ki, 28 yaşlı monteneqrolu yarımmüdafiəçi komandasının Premyer Liqa və Azərbaycan Kubokunu qazanaraq "qızıl dubl" qazandığı mövsümün yekunları haqda bunları yazıb: "Gözəl mövsümü və klubumuzun tarixində əbədi olaraq qalacaq bir çox unudulmaz anları geridə qoyduq. Amma bütün bunlar artıq geridə qaldı, indi gələcəyi düşünürük. Səbirsizliklə daha böyük nailiyyətlər gözləyirik. Bu uzun səyahətin bir parçası olan klubdakı bütün insanlara, komanda yoldaşlarıma, ailələrimizə və azarkeşlərə təşəkkür edirəm".
Xatırladaq ki, Yankoviçin “Qarabağ”la müqaviləsi 2027-ci il iyunun 30-na qədərdi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC