"Sumqayıt" bombardirini göndərir - səbəbi...

Azərbaycanı Konfrans Liqasında təmsil edəcək “Sumqayıt” bombardiri Kasimir Ninqayla yollarını ayırır.

Presssport.az-ın əldə etdiyi məlumata görə, sumqayıtlılar onunla başa çatan 1 illik müqaviləni uzatmaqda maraqlı deyil.

Ninqa keçən çempionatda 7 qol vursa da, bu, “gənclik şəhəri” təmsilçisini qane etməyib və onu saxlamaqda maraqlı deyil. Belə ki, klub Kasimiri göndərərək yerinə daha səviyyəli hücumçu gətirməyi planlaşdırır. 

Bu yerdə bildirək ki, Sumqayıtın eyniadlı təmsilçisi bunadək digər əcnəbi hücumçusu, milli üzvü olan estoniyalı Erik Sorqayla da rəsmən vidalaşıb. 

Xatırladaq ki, Çad millisinin üzvü olan 31 yaşlı Ninqa “Sumqayıt"a keçən yay Kiprin ”Anortosis" klubundan gəlmişdi. O, Mehdi Hüseynzadə adına şəhər stadionu yeniləndən sonra keçirilən ilk oyunda ilk qolun, ilk dublun ("Neftçi" üzərində 2:1) müəllifi olmuşdu. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC