Avropa çempionatı öncəsi Türkiyə milli komandası növbəti ciddi itkiylə üzləşib
Presssport.az xəbər verir ki, müdafiəçi Ozan Kabak sıradan çıxıb.
Bu barədə Türkiyə Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Belə ki, "Hoffenhaym"ın futbolçusu dünən İtaliya yığması ilə keçirilən yoldaşlıq görüşündə (0:0) zədələnib. Sağ dizinin ön çarpaz bağında yırtıq aşkarlanan 24 yaşlı mərkəz müdafiəçisi bununls da AVRO-2024-də iştirak etməyəcək.
Bu yerdə bildirək ki, Türkiyə millisinin digər müdafiəçisi Çağlar Söyüncü və hücumçu Enes Ünal da zədə səbəbindən heyətdən kənarlaşdırılıb.
Xatırladaq ki, Türkiyə millisi final mərhələsində F qrupunda Portuqaliya, Gürcüstan və Çexiya yığmalarıyla ilə mübarizə aparacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC