Məktəblilərin güləş üzrə Respublika çempionatında növbəti qaliblər müəyyənləşib

Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunda güləş üzrə məktəblilərin Respublika çempionatı davam edir.

Azərbaycan Güləş Federasiyasından (AGF) Presssport.az-a verilən xəbərə görə, Elm və Təhsil Nazirliyi və AGF-nin ortaq təşkilatçılığıyla keçirilən birinciliyin 2-ci günündə sərbəst güləş üzrə 38, 44, 52, 62 və 75 kq-da qaliblər müəyyənləşib.

Qeyd edək ki, sərbəst güləş üzrə yarışda komanda hesabında Gəncə (171) birinci, Sabunçu (107) ikinci, Abşeron (86) isə üçüncü yeri tutub.

38 kq

1. Əli Rəcəbov (Gəncə, “Təhsil”)

2. Sərxan Musayev (Qax, ROİL)

3. Əlişirin Məlikli (Xəzər), Toğrul Əliyev (Salyan)

44 kq

1. Əkbər Əsgərov (Abşeron)

2. Mircəlal Hüseynov (Gəncə, “Təhsil”)

3. İmamrza Həmidzadə (Astara), Murad Mehdiyev (Zaqatala)

52 kq

1. Aslan Əmirov (Sabunçu)

2. Elcan Həsənov (Xəzər)

3. Muraz Hüseynov (Gəncə, “Təhsil”), Fərşid Həkimi (Şamaxı)

62 kq

1. Elcan Ağayev (Sumqayıt)

2. Ömər Əliyev (Sabunçu)

3. İslam Rəcəbov (Abşeron), Xəyal Şükürlü (Cəlilabad)

75 kq

1. Elvin Nəcəfzadə (Sabunçu)

2. Şadıyar Abbaszadə (Cəlilabad)

3. Yusif Qocayev (Qazax), Nəcməddin Məmmədli (Balakən)

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC