"Qazaxıstan Futbol Federasiyasının rəhbərliyi ilə söhbətim oldu. Qərara aldıq ki, milli komandanın növbəti matçlarında iştirak etməyəcəm".
Presssport.az xəbər verir ki, bu barədə Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov deyib.
Təcrübəli mütəxəssisin sözlərinə görə, məşqçi korpusu onun təyinatı barədə yeni xəbər tutub: "Buna görə də bizə vaxt lazımdı. Ermənistana getmək üçün imkanım yoxdu, çünki bugünlərdə millini qəbul etməyə hazırlaşmırdım".
Çerçesov Ermənistanla matçdan 4 gün sonra Macarıstanda yoldaşlıq görüşü keçirəcəkləri Azərbaycan millisi ilə oyuna isə yollanacağını söyləyib: "Bu qarşılaşmanı izləmək üçün Macarıstana getməyi planlaşdırıram. Çünki komandanı şəxsən görmək istəyirəm. Aydındı ki, hazırlıq prosesində və heyətin qurulmasında iştirak etməyəcəm. Komanda bu iki oyunu Ruslan Baltiyevin rəhbərliyi altında keçirəcək. Yeni məşqçi heyətisə öz işinə FİFA-nın iyun təqvimindən sonra başlayacaq".
Xatırladaq ki, Azərbaycan və Qazaxıstan milli komandaları arasında matç iyunun 11-də Macarıstanın Sombatxey şəhərində, Bakı vaxtı ilə saat 18:00-da keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC