“Qazaxıstanın bəxti gətirdi. Çünki oyun boyu üstün tərəf biz idik”.
Presssport.az xəbər verir ki, bunu Azərbaycanın minifutbol millisinin qapıçısı Davud Kərimi Bosniya və Herseqovinada keçirilən Avropa çempionatının 1/4 finalında Qazaxıstan yığmasına məğlubiyyət barədə danışarkən deyib:
O, rəqibin açıq futbol oynamaqdan çəkindiyini vurğulayıb: "Rəqib bizimlə açıq futbol oynamadı. Çünki bilirdilər ki, belə olsa, uduzacaqlar. Güclü olduğumuzu bilirdilər, ona görə də bütünlüklə müdafiəyə çəkildilər. Matçın penaltilər seriyasına getməsi ilə bağlı istəklərinə nail oldular. Komandamız Bolqarıstanla 1/8 final oyununda çox güc itirmişdi. Bunun da təsiri oldu. İkinci dəfədir qazaxlar qarşımızı kəsir. Ümidvaram ki, Azərbaycanda keçiriləcək dünya çempionatında bu sindromu qıracağıq və yaxşı nəticələr qazanacağıq. Hazırda isə fikrimizi avrokuboklara yönəltmişik".
Qeyd edək ki, yığma qrup mərhələsində keçirdiyi bütün matçlarda qələbə qazanıb. Komanda Belçikanı 3:0, İtaliyanı 2:1, Fransanı 3:1 hesabı ilə məğlub edib. 1/8 finalda Bolqarıstanı üstələyən (3:1) Elşad Quliyevin yetirmələri 1/4 finalda Qazaxıstanla qolsuz başa çatan oyunun penalti seriyasında uduzub - 6:7 (report.az).
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC