AFFA pley-off matçında baş verənlərə görə 2 klubu cəzalandırıb

AFFA İntizam Komitəsi II Liqanın pley-off mərhələsinin cavab qarşılaşması çərçivəsində keçirilən “Hypers” – “Şəfa” matçında baş verən hadisələrə görə cəzaları açıqlayıb.

Presssport.az xəbər verir ki, oyunun 90+4-cü dəqiqəsində “Hypers”in futbolçusu Sirac Məmmədli təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalandırılıb.

“Şəfa” oyunçusu Nicat Abbasov da eyni hərəkətə görə cəzaya məruz qalıb. O, qarşılaşmanın 90+5-ci dəqiqəsində birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun diskvalifikasiya edilib, komandası 300 manat cərimə olunub.

Onu da bildirək ki, “Hypers” Region Liqasının iştirakçısı - finalçısı olub və orda pul cəzaları olmur. Buna görə cəzalanan futbolçusuna görə ona cərimə kəsilməyib. 

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC