Azərbaycanın daha bir atleti Nazim Babayev İtaliyanın paytaxtı Romada keçirilən Avropa çempionatında çıxış edib.
Presssport.az xəbər verir ki, uzunluğaa tullanma növündə yarışan 26 yaşlı idmançımız təsnifat mərhələsində 6.92 metr nəticə göstərib.
Bu, Babayevin finala vəsiqə qazanmasına bəs etməyib.
Daha əvvəl üç təkanla tullanmada Yekaterina Sarıyeva 12.93 metr nəticə ilə təsnifat mərhələsində mübarizəni dayandırmışdı.
Xatırladaq ki, Avropa çempionatı iyunun 12-də başa çatacaq. Digər təmsilçilərimizdən Anna Skidan (çəkic atma) və Aleksis Kopello (üç təkanla tullanma) iyunun 9-da çıxış edəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC