Arif Əsədov: "Bəzi problemlərimiz var, heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər"

“Heyətlə bağlı bəzi problemlər var. Coşqun Diniyev və Bəhlul Mustafazadə zədələnmişdi. Onlarla bağlı qərarı bugünkü məşqdən sonra verəcəyik”.

Presssportaz xəbər verir ki, bunu Azərbaycan milli komandasının məşqçisi Arif Əsədov Qazaxıstan ilə keçiriləcək yoldaşlıq görüşündən əvvəl baş tutan mətbuat konfransında deyib.

53 yaşlı mütəxəssis Albaniya ilə oyundan sonra Qazaxıstanla matça hazırlaşmaq üçün az vaxtlarının olduğunu söyləyib: "Daha çox futbolçuların fiziki və psixoloji durumlarını yaxşılaşdırmağa çalışdıq. Bu gündən etibarən sabahkı görüşdə hansı taktika ilə çıxış edəcəyimiz üzərində işləyəcəyik. Heyətdə və oyun üslubunda dəyişikliklər ola bilər. Dominant oynamağa, hücumda çıxış etməyə, rəqibi meydanın onlara aid hissəsində qarşılamağa çalışacağıq. Qazaxıstan yığmaı ilə əvvəllər də qarşılaşmışıq. Oyun sistemləri, demək olar ki, eynidi. Qarşıda seçmə mərhələ matçları olacaq. Həmin vaxta qədər heyətin formalaşması istiqamətində işlər görürük”.

Qeyd edək ki, Azərbaycan - Qazaxıstan görüşü iyunun 11-də, saat 18:00-da Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC