“Araz-Naxçıvan” müqaviləsi başa çatan bir neçə futbolcu ilə yollarını ayırıb.
Presssport.az xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.
Abdulla Rzayev və İlqar Alekperov icarə müqavilələrinə başa çatdığına görə “Sabah”ın düşərgəsinə qayıdıb. Semir Bukviç, Numan Kurdiç, Turan Manafov, Zamiq Əliyev, Aksel Nqando, Tural Bayramlı, İsmail Azzaui, Mohammed Kadiri, Elvis Maşike, Nicat Süleymanov və Orxan Əliyevlə isə yeni anlaşma imzalanmayıb. Onlara klub adından təşəkkür edilub, karyeralarında uğurlar arzulanıb.
Xatırladaq ki, Kristian Avram, Vadim Abdullayev, Nuno Rodriges, İqor Ribeyro, Vanderson Melo, Elçin Mustafayev, Ramin Nəsirli, Miço, Küzmanoviç, Tərlan Əhmədli, Urfan Abbasov, Ülvü İsgəndərov, Ömər Buludov növbəti mövsümdə “qırmızı-ağlar”ın formasını geyinəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC