Azərbaycan milli komandası Macarıstanın Sombatxey şəhərində təşkil olunan təlim-məşq toplanışı çərçivəsində bu gün 2-ci yoldaşlıq görüşünü keçirib.
Presssport.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 18:00-da “Haladas SportKomplexum” stadionunda Qazaxıstan yığması ilə qarşılaşıb.
“CBC Sport”la canlı yayımlananan, yerli hakimlər briqadasının idarə etdiyi matçda millimiz hesabda 0:2 gerdiə olsa, sonradan 3 qol vuraraq qələbəni qopara bilib.
Xatırladaq ki, milli iyunun 7-də eyni stadionda keçirilən yoldaşlıq oyununda Albaniya yığmasına 1:3 hesabı ilə məğlub olub.
Sombatxey. “Haladas SportKomplexum”
Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Amin Seydiyev, 15. Bədavi Hüseynov, 5. Anton Krivotsyuk, 3. Elvin Cəfərquliyev, 16. Elvin Camalov, 8. Emin Mahmudov (k), 20. Aleksey İsayev, 17. Toral Bayramov, 10. Mahir Emreli, 11. Ramil Şeydayev
Baş məşqçi: Arif Əsədov
Qazaxıstan: 1. Aleksandr Zarutski, 11. Yan Voroqovskiy, 3. Nurali Alip, 22. Aleksandr Maroçkin, 24. Alibek Kassim, 4. Marat Bıstrov, 8. Aşkat Taqibergen (k), 18. Adilet Sadibekov, 7. Ramazan Orazov, 10. Maksim Samorodov, 17. Abat Aimbetov
Baş məşqçi: Ruslan Baltiev