Azərbaycan Premyer Liqasında XX turu 7 futbolçu cəza üzündən buraxacaq. Presssport.az xəbər verir ki, bunlar müxtəlif 7 klubu təmsil edir və cəzalıların əksəri vərəqə limitini aşanlardı.
Qırmızı vərəqəyə görə cəzalı yalnız “Turan Tovuz”lu sağ cinah müdafiəçisi Faiq Hacıyevdi. Belə ki, bu müdafiəçi “Kəpəz”lə Qəbələdəki görüşdə aldığı birbaşa qırmızı vərəqənin cəzasını çəkir. O, "Səbail"lə ev matçında heyətdə olmayacaq. “Səbail”də isə israilli mərkəz yarımmüdafiəçisi Yasin Luqasidə belə problem var.
“Araz-Naxçıvan”ın sağ cinah müdafiəçisi Abdulla Rzayev cəzalı vəziyyətə düşüb. O, "Sumqayıt"la ev matçını kənardan izləməli olacaq ki, rəqibin heyətində mərkəz yarımmüdafiəçisi Səbuhi Abdulladazadə bu səbəbdən “ofsayda düşüb”.
“Qəbələ”nin braziliyalı mərkəz müdafiəçisi Lukas Afriko cəzalı duruma düşüb. O, "Neftçi"ylə səfər oyununda komandasına kömək edə bilməyəcək.
“Kəpəz”in gürcü mərkəz yarımmüdafiəçisi Georgi Papunaşvili cəza üzündən “Qarabağ”la Qəbələdəki ev qarşılaşmasını tribunadan izləməli olacaq. Gəncəlilərin rəqibində də cəzalı əcnəbi mərkəz yarımmüdafiəçisidi - braziliyalı Julio Romao. Sadəcə, o, digərlərindən 4-cü yox, 8-ci sarı vərəqənin cəzasını çəkir. Romao cari mövsümdə 2-ci dəfə vərəqə limitini aşdığına görə cəzalı vəziyyətə düşən ilk futbolçu olaraq ən intizamsız oyunçudu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC