Paris-2024 Yay Olimpiya Oyunlarına hazırlaşan Azərbaycan millisinin zədəli güləşçilərinin bərpa prosesi davam edir.
Presssport.az Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, sərbəst güləş üzrə yığmanın heyətində yalnız Əliabbas Rzazadə zədəlidi.
Sabah “Liv Bona Dea” hospitalında müayinədən keçəcək güləşçi ötən həftə Macarıstanda keçirilən reytinq turnirində zədələnib. 57 kq-da Paris-2024-ə lisenziya qazanan idmançının sol çiynindəki zədəsinin bərpa prosesi 10-15 gün çəkəcək. Əliabbasın müalicə ilə paralel olaraq fərdi məşqlərdə iştirakı gözlənilir.
Budapeştdəki yarışı zədə üzündən tamamlaya bilməyən Sənan Süleymanovla Ülvü Qənizadənin vəziyyəti də normaldı. Xroniki boyun zədəsinə görə ağrılar hiss edən Süleymanov Almaniyada qısamüddətli müayinədən keçdikdən sonra vətənə qayıdaraq Göygöl toplanışına qoşulacaq.
Ülvü ilə yanaşı, reytinq turnirində müəyyən zədələrə görə iştirak edə bilməyən Nihat Məmmədli, Rafiq Hüseynov və Sabah Şəriəti də iyunun 14-dən 26-dək Qərb bölgəsində baş tutacaq hazırlıq prosesində yer alacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC