Avropa çempionatında iştirak edəcək yeniyetmə cüdoçularımızın adı açıqlanıb

İyunun 27-də Bolqarıstanın paytaxtı Sofiyada start götürəcək yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan 19 cüdoçu ilə təmsil olunacaq.

Presssport.az xəbər verir ki, yığmamız yarışda 14 çəki dərəcəsində mübarizə aparacaq.

Qızlarda Xədicə Abdullayeva (40 kq), Leyla Ələkbərova, Nərmin Məmmədli (hər ikisi 44 kq), Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Vüsalə Hacıyeva, Aysun Məmmədova (hər ikisi 52 kq), Aytən Verdiyeva (57 kq), Mələk Bayramlı (70 kq), oğlanlarda Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq), Nihad Rəhimov (60 kq), Səlim Soltanov (66 kq), Cəsur İbadlı (73 kq), Mehdi Abbasov, Əli Qazıməmmədov (hər ikisi 81 kq), Hüseyn Eyvazlı (90 kq) və Sübhan Axundov (+90 kq) tatamiyə çıxacaq.

Fərid Qarayev komanda yarışında mübarizəyə qoşulacaq. 

Avropa çempionatında cüdoçulara yeniyetmələrdən ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Nicat Şıxəlizadə və Emin İskəndərov, yeniyetmə qızlardan ibarət millinin baş məşqçisi Elnur İsmayılov və məşqçi İmamverdi Məmmədov rəhbərlik edəcək.

Onu da bildirək ki, idmançılar iyunun 27-29-da fərdi, 30-da isə komanda yarışında iştirak edəcək.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC