Şotlandiyalı azarkeş Kreyq Ferqyuson AVRO-2024-ün açılış matçını izləmək üçün Qlazqo şəhərindən Münhenə piyada 42 gün yol qət edib.
Presssport.az xəbər verir ki, Ferqyuson Almaniya paytaxtına çatmaq üçün ümumilikdə 1600 kilometr yol gedib.
Kreyq Almaniyada həmvətənləri tərəfindən su və şampanla qarşılanıb. Bununla bağlı sosial şəbəkələrdə video da yayılıb.
Xatırladaq ki, final mərhələsinin açılış matçı bu gün saat 23:00-da təşkilatçı ölkə Almaniya və Şotlandiya milliləri arasında keçiriləcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC