Bir illik fasilədən sonra Premyer Liqaya qayıdan “Şamaxı” yeni mövsümə hazırlıq planlarını müəyyənləşdirir.
Komandanın yeni baş məşqçisi Ayxan Abbasov Presssport.az-a açıqlamasında iyulun 1-də Şamaxıda bir araya gələcəklərini söyləyib: “Hazırlığın ilk mərhələsini orda keçirəcəyik. Bu, iyunun 12-dək olacaq. Sonrakı təlim-məşq toplanışının məkanı hələ bəlli deyil. Baxaq görək kimlə oynaya bilirik, komandanın heyətinin formalaşdırılması necə olacaq. Bundan sonra qərar verəcəyik. Ola bilər ki, 2-ci toplanışı xaricdə keçirək. Gürcüstana getməyi fikirləşirik. Amma bu, hələ yüzdəyüz deyil. Orda gərək sınaqçı-rəqiblər olsun. Biz də hazırlığın 2-ci mərhələsində əsas oyunlar üçün sparrinqlər axtarırıq. Rəqiblər burda olsa, planımızda elə burda qalmaqdı”.
Xatırladaq ki, yeni çempionat avqustun 2-də başlayacaq.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC