Cavid Hüseynov "Presssport"la AFFA-ya səsləndi: "I Liqa üçün 300 min yetərli deyil, onu II Liqada xərclədik, indi qapı-qapı düşüb sponsor axtarmalıyıq"

“AFFA-dan verdiyi 300 minə qalsaq, heç bir klubda inkişafdan söhbət gedə bilməz. Çünki bu məbləğ yetərli deyil”.

Bu fikirləri Presssport.az-ın Saatlıya ezam olunmuş açıqlamaısnda “Cəbrayıl”ın baş məşqçisi Cavid Hüseynov deyib.

I Liqaya vəsiqə uğrunda pley-off mərhələsində "Araz Saatlı"nı hər 2 matçda məğlub etməklə (evdə 2:0, səfərdə 3:1) mübarizədən kənarlaşdıran qazanan 35 yaşlı mütəxəssis AFFA vasitəsilə dövlə tərəfindən ayrılan 300 AZN-i bir mövsüm üçün az sayır: “Burdan sizin saytın vasitəsilə diqqətlərinə çatdırıram ki,  adi 300 mini II liqada xərcləmişik. I Liqada isə 300 min, üstəlik də 20 faiz vergilərlə, ümumiyyətlə, yetmir. Yəni ən azı düşünürəm ki, federasiyanın 300 minindən əlavə, heç olmasa 200 min də olmalıdı. Olmayacağı təqdirdə hansısa bir nəticədən, futboldan, inkişafdan söhbət edə bilmərik. Bu, heç cür mümkün deyil”.

Hüseynov məbləğdə artımı gözlədiklərini də etiraf edib: “Həqiqətən bunu gözləyirdik. Bütün I Liqa iştirakçıları, futbol ictimaiyyəti gözləyirdi ki, o məbləğ qalxsın. Amma eşitdiyimə görə, qalxmadı. Bu təqdirdə əlimizdən gələni bir şey də yoxdu. İndi qapı-qapı düşüb sponsor axtarmalıyıq”.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC