"Səbail"in futbolçusu Cabir Əmirıiti 4 aya yaxın fasilədən sonra yaşıl meydana dönüb. Presssport.az-ın Tovuza ezam olunmuş əməkdaşı xəbər verir ki, 27 yaşlı sağ cinah müdafiəçisi “Turan Tovuz”la Premyer Liqanın XX turunun açılışını edən səfər matçında fasilədən dərhal sonra meydana buraxılıb.
Bununla da Cabir 111 gündən sonra rəsmi oyun çıxıb. O, son dəfə X turda oktyabrın 7-də “Qəbələ”ni səfərdə 1:0 hesabıyla məğlub etdikləri matçda kapitan kimi iştirak etmişdi. Bundan 6 gün sonra isə məşqdə dizindən zədə alaraq Türkiyədə əməliyyat olunmuşdu. Əmirli əməliyyat olunduğu dizində sarıqla oynayır.
“Dənizçilər”də ikinci hissə başlaya kimi meydana çıxan digər futbolçunun isə debütü baş verib. Bu, Keniya yığmasının üzvü olan sol cinah yarımmüdafiəçisi Ayub Masikadı.
Xatırladaq ki, “Səbail” hedabda 0:1 geridədi.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC