AVRO-2024-ün qrup mərhələsinin I turunun Serbiya - İngiltərə oyunu öncəsi qalmaqal yaşanıb.
Presssport.az xəbər verir ki, Almaniyanın Gelzenkirxen şəhərində ingilis və serb azarkeşlər arasında dava olub. Belə ki, britaniyalılar serb fanatların olduğu bara hücum edib. Daha sonra hər iki komandanın fanatları bir-birlərinə əşyalar atıb.
Davadan sonra 7 serbiyalı azarkeş həbs edilib. Onlardan birinə ağır bədən xəsarəti yetirmək maddəsi ilə cinayət işi açılıb.
Xatırladaq ki, ötən gecə İngiltərə Serbiyaya 1:0 hesabı ilə qalib gəlib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC