AVRO-2024-ün açılış oyununda (1:5) qırmızı vərəqə alan Şotlandiya millisinin müdafiəçisi Rayan Porteusun cəzası bəlli olub.
Presssport.az xəbər verir ki, Almaniya millisinin kapitanı İlkay Gündoğana qarşı kobud oynadığı üçün meydandan qovulan 25 yaşlı futbolçu UEFA İntizam Komitəsi tərəfindən 2 oyunluq cəzalandırılıb.
Bu səbəbdən də Porteus turnirin qrup mərhələsində daha oynaya bilməyərək, İsveçrə və Macarıstanla görüşləri kənardan izləyəcək. O, yalnız millisi 1/8 finala vəsiqə qazanacağı halda, final mərhələsində yenidən meydana çıxa bilər.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC