“Turan Tovuz”un yeni baş məşqçisi olacaq Kurban Berdıyev iyunun 21-də Azərbaycana gələcək
Bu haqda Presssport.az-a məlumat verən klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov 72 yaşlı türkmənistanlı mütəxəssisin həmin gün Bakıya gələcəyini açıqlayıb.
O, Berdıyevin müqavilə müddəti və köməkçiləri haqda da məlumat verib: “Berdıyevllə müqaviləni 3 il - ”2+1 il" nəzərdə tutmuşuq. Onun 3 köməkçisi olacaq. İndi özüylə 1 köməkçi və qapıçı məşqçisi gətirir. Gələcəkdə işin gedişatına əsasən ola bilər ki, say artsın. Ehtiyaca baxacağıq ki, baş məşqçiyə yenə kənardan məşqçi lazımdımı. Berdıyevin korpusunda yerli köməkçisi də olacaq. Bunun ən azı 1-i olmasını nəzərdə tutmuşuq. Namizədlər var, onlarla bağlı baş məşqçi yekun qərar verəcək. Biz deyəcəyik, o seçəcək".
Maraqlıdı, tanınmış mütəxəssisin təqdimat mərasimi olacaqmı? Bunu da Nəsibovdan soruşduq: “Bu dəqiqə üçün nəzərdə tutulmayıb. Amma bu da ola bilər, ehtimal içərisindədi. Bilirsiniz, zaman qısadı, 2 gün vaxt var - 22-su və 23-ü. Sonrakı gün də komandamız yığışır. Bu müddətdə çatdırarıq-çatdırmarıq, onu bilmirik”.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC