Berdıyev Tovuzdan kənarda - Bakı-Qəbələ marşturu bəlli, bəs, xaricə hara?

“Turan Tovuz”un yeni mövsümə hazırlıq planları müəyyənləşir.

Bu haqda Presssport.az-a danışan klubun idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov Bakıda bir araya gələcəklərini söyləyib: “Bu, iyunun 24-də olacaq. Burda 3 gün olandan sonra komanda Qəbələyə təlim-məşq toplanışına gedəcək və iyulun 10-dək orda qalacaq. Həmin toplanışda iyulun 7-si və 10-u yoxlama oyunlar keçirmək istəyirik. Amma rəqibləri hələ danışmamışıq. Əslində, bundan sonra xaricdə təlim-məşq toplanışı nəzərdə tutmuşuq. Bu da Türkiyədi. Sadəcə, hələ müqavilə imzalamamışıq. Buna görə dəqiq deyil və hər şeyi gedişat göstərəcək”.

Onu da bildirək ki, tovuzlular paytaxtda yenə Bakı Olimpiya Stadionunda məşq edəcək. Hərçənd, orda keçiriləcək COP29 qlobal iqlim tədbiriylə bağlı girişə məhdudiyyətlər olacaq. Nəsibovla söhbətimizdə bəlli oldu ki, hazırlıq prosesləri qısammüdətli - 3 günlük olduğu üçün arena rəhbərliyindən icazə alıblar, sonrasına isə vaxtı gələndə baxacaqlar.

Beləliklə, son klubu Mahaçqala “Dinamo”su (əvvəlcə baş məşqçi, sonra prezidentin müşaviri vəzifəsi) olan 72 yaşlı Berdıyev Tovuzda xeyli müddət olmayacaq.

Xatırladaq ki, yeni çempionat avqustun 2-də start götürəcək. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC