Basketbol millilərimiz təlim-məşq toplanışının 2-ci mərhələsinə start verib

Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışının ikinci mərhələsinə start verib.

Azərbaycan Basketbol Federasiyasından Presssport.az-a verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. 

Belə ki, millimiz A divizionunda çıxış edən Gürcüstanın U-16 yığmasına 58:40 hesabı ilə qalib gəlib.

Onu da bildirək ki, təlim-məşq toplanışının 2-ci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millimiz isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarında iştirak edəcək.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC