Almaniyada təşkil olunan AVRO-2024-ün I turu Portuqaliya - Çexiya görüşüylə başa çatıb.
Presssport.az xəbər verir ki, F qrupunda baş tutan bu matçda Kriştiano Ronaldonun kapitanı olduğu yığma 2:1 hesablı əzmkar qələbə qazanıb.
62-ci dəqiqədə Lukaş Provodun qolu sayəsində çexlər hesabı açıb. Bundan 7 dəqiqə sonra onun komanda yoldaşı Robin Hranak avtoqol müəllifi olmaqla hesabı bərabərləşdirib. Qarşılaşmada son nöqtəni isə 90+2-ci dəqiqədə, sonradan meydana çıxan portuqaliyalı yarımmüdafiəçi Fransisko Konseysao qoyub.
Xatırladaq ki, F qrupunun digər matçında Türkiyə Gürcüstanı 3:1 hesabı ilə məğlubiyyətə uğradıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC