AVRO-2024-də qrup mərhələsinin II turu davam edir.
Presssport.az xəbər verir ki, bu gün çempionatda 3 matç baş tutub.
Əvvəlcə C qrupunda Sloveniya Serbiya ilə qarşılaşıb. Serblər son saniyələrdə bərabərlik qolunu vuraraq məğlubiyyətdən qaçıb.
Ardından həmin qrupda Danimarka İngiltərə ilə qarşılaşıb. Bu görüş də 1:1 hesabı ilə başa çatıb. Bu qrupda 1-ci turda Sloveniya Danimarka ilə heç-heçə edib (1:1), İngiltərəsə Serbiyaya qalib gəlib (1:0).
Günün maraqla gözlənilən matçı B qrupunda keçirilib. Burada İspaniya millisi son Avropa çempionu İtaliya ilə üz-üzə gəlib. Matç ispanların minimal hesablı qələbəsi ilə başa çatıb. Bununla da pirineylilər xallarının sayını 6-ya çatdırmaqla Almaniyadan sonra 1/8 finala vəsiqəni təmin edən 2-ci yığma olub.
20 iyun
C qrupu
17:00. Sloveniya - Serbiya - 1:1
Qollar: Zan Karniçnik, 69 - Luka Yoviç, 90+5
Baş hakim: İştvan Kovaç (Rumıniya).
Münhen. "Alyans Arena".
20:00. Danimarka - İngiltərə - 1:1
Qollar: Morten Hyulmann, 34 - Harri Keyn, 18
Baş hakim: Artur Diaş (Portuqaliya).
Frankfurt. "Valdştadion".
23:00. İspaniya - İtaliya - 1:0
Qol: Rikkardo Kalafiori, 55-avtoqol
Baş hakim: Slavko Vinçiç (Sloveniya).
Helzenkirhen. "Feltins Arena".
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC