"Araz-Naxçıvan” növbəti transferini reallaşdırıb.
Presssport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Turan Vəlizadə ilə müqavilə imzalanıb.
23 yaşlı yarımmüdafiəçi qarşıdakı 1 il ərzində “qırmızı-ağlar”ın heyətində yer alacaq.
Turan “Neftçi”, “Keşlə”, “Şamaxı” və “Turan Tovuz”un formasını geyinib. O, karyerası ərzində 19 və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin uğurları üçün də çalışıb.
Xatırladaq ki, “Araz-Naxçıvan” bu yay Urfan Abbasov ("Qəbələ"), Ülvi İsgəndərov ("Qəbələ"), Ömər Buludov ("Neftçi") və Tərlan Əhmədlini ("Turan Tovuz") də heyətinə cəlb edib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC