Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Arzu Qədimova Yunanıstanın Saloniki şəhərində 15 və 17 yaşadək yeniyetmələr arasında keçirilən Avropa birinciliyində medal qazana bilməyib.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından Presssport.az-a verilən məlumata görə, yaşı 17-yə qədər olan atletlər arasında 76 kq çəki dərəcəsində qüvvəsini sınayan idmançı ümumilikdə 146 kq-ı (66+80) başı üzərinə qaldıra bilib.
O, bu nəticə ilə 6-cı yeri tutub.
Xatırladaq ki, daha əvvəl Aslan Əmiraslanov (U-15, 89 kq) üç qızıl, İsa Əliyev (U-15, 73 kq) iki qızıl, bir gümüş, Elman Kurdanov (U-15, 67 kq) iki gümüş, bir bürünc, Nuray Əbilova (U-15, 40 kq) gümüş medal əldə edib. Yarışda 38 ölkədən 415 (198 qız + 217 oğlan) idmançı iştirak edir.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC