"Əl-İttihad" baş məşqçisi Marselo Qalyardonu istefaya göndərib.
Presssport.az xəbər verir ki, bu barədə klubun prezidenti Louai Nazer danışaraq bildirib ki, argentinalı mütəxəssis hücumçu Kərim Benzema ilə münaqişəsi səbəbindən istefaya göndərilib: “Qalyardo Benzemanın uzaqlaşdırılmasını tələb etməklə ciddi səhv etdi. Bu qəbuledilməzdir. Kərim Səudiyyə Ərəbistanı layihəsinin və klubun mühüm hissəsidir. Artıq iki və ya üç əvəzetmə variantımız var.
Əsas hədəflərimdən biri yay transferlərinin əksəriyyətini “Əl-İttihad”ın mövsümöncəsi məşqinə - iyulun 12-nə qədər tamamlamaqdı”.
Xatırladaq ki, 36 yaşlı Benzema 2023-cü ilin yayında azad agent kimi "Əl-İttihad"a keçərək ilk mövsümündə bütün yarışlarda 29 matça çıxıb, 13 qol vurub və 8 qolun ötürməsini verib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC