Bu gün AVRO-2024-ün qrup mərhələsində II tura yekun vurulub.
Presssport.az xəbər verir ki, E və F qruplarında ümumilikdə 3 matç keçirilib.
Əvvəlcə F qrupunda Gürcüstan Çexiya ilə üz-üzə gələrək 1:1 hesablı bərabərə qalıb.
Ardından həmin qrupda çıxış edən qardaş ölkə Türkiyənin də milli komandası növbəti oyununa çıxaraq Portuqaliya yığmasıyla qarşılaşıb və böyük hesabla uduzub. Portuqallar bu qələbə ilə pley-offa vəsiqəni, həm də 1-ci yeri özünə təmin edib.
E qrupunda isə Belçika Rumıniya ilə qarşılaşması biricinlərin turnirdə ilk qələbəsiylə yekunlaşıb. Bu qrupda sona tur öncəsi bütün komanadlaerın eyni - 3 xalının olması diqqət çəkir.
21 iyun
F qrupu
20:00. Türkiyə - Portuqaliya - 0:3
Qollar: Bernardu Silva, 22, Samet Akaydın, 28-avtoqol, Brunu Fernandeş, 56
Baş hakim: Feliks Zvayer (Almaniya)
"Siqnal İduna Park"
17:00. Gürcüstan - Çexiya - 1:1
Qollar: Mukautadze, 45+4-pen - Şik, 59
Baş hakim: Daniel Siebert (Almaniya)
"Volkspaarkstadion"
E qrupu
23:00. Belçika - Rumıniya - 2:0
Qollar: Tielmans, 2, De Brüyne, 80
Baş hakim: Simon Marçinyak
"Rayn-Energi”
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC