“Turan Tovuz”un İdarə Heyətinin sədri Ehtiram Quliyev azarkeşlərlə görüşündə baş məşqçi Ayxan Abbasovu gözlənilməz halda istefaya göndərməsi barədə danışıb.
Presssport.az xəbər verir ki, klub rəhbəri keçmiş baş məşqçidən həm insan, həm də mütəxəssis kimi razı olduğunu deyərək, sırf aradakı fikir ayrılığı səbəbindən müqaviləyə xitam verdiklərini sözlərinə əlavə edib.
Gənc mütəxəssisin fəaliyyətini təqdir edən iş adamı Premyer Liqanın axır 3 turunda – avrokuboklara getmək şansı qalmayandan ondan gənclərə üstünlük verməsini istəyib. Quliyevin sözlərinə görə, baş məşqçi buna isti yanaşmayıb.
Üstəlik, növbəti mövsümlə bağlı planlar üst-üstə düşməyib. Belə ki, Abbasovdan avrokuboklara vəsiqə uğrunda mübarizə aparmaq tələb olunsa da, baş məşqçi məsuliyyəti öz üzərinə götürməyib, cavab olaraq “buna yalnız cəhd edə bilərik” deyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC