AVRO-2024: Caka və Şallai ən yaxşılar seçildi

AVRO-2024-ün qrup mərhələsinin III turunda keçirilən İsveçrə - Almaniya matçının (1:1) ən yaxşı futbolçusu açıqlanıb.

Presssport.az xəbər verir ki, bu ada İsveçrə yığmasının üzvü Qranit Caka layiq görülüb.

31 yaşlı yarımmüdafiəçinin görüşdəki ötürmələrinin 84 faizi dəqiq olub.

Həmin qrupun digər görüşü olan Şotlandiya - Macarıstan oyununun (0:1) da ən yaxşı futbolçusunun adına aydınlıq gəlib. Bu, Macarıstan millisinin üzvü Roland Şallai olub. 27 yaşlı yarımmüdafiəçi bu qarşılaşmada 90 dəqiqə oynayıb. 

Xatırladaq ki, İsveçrə A qrupunda 2-ci yeri tutub və növbəti mərhələyə adlayıb. Macarıstan isə 3-cü pillədə olaraq pley-off şansını qoruyub. Reqlamentə əsasən, qrup mərhələsində 3-cü yeri tutan ən yaxşı 4 komanda  pley-offa adlayacaq.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC