"Araz-Naxçıvan" heyətini yeni futzalçılarla gücləndirib. Azərbaycan Futzal Federasiyasından Presssport.az-a verilən məlumata görə, son ölkə çempionu Bosniya və Herseqovinadan Miloş Todoriçi transfer edib. Serbiyanın “Loznitsa Qrad” klubundan “qırmızı-ağlar”a təşrif buyuran 20 yaşlı oyunçu ilə anlaşma mövsümün sonuna qədərdir. “Araz-Naxçıvan”ın digər transferi yerli futzalçıdı. Nijni-Novqorod şəhərinin təmsilçisi “Torpedo-2”nin yetirməsi olan Həsənəli Rəhimov da cari çempionatın sonunadək “qırmızı-ağlar”ın formasını geyinəcək. Qeyd edək ki, “Araz-Naxçıvan” daha əvvəl braziliyalı hücumçu Andre Korrea dos Santosla anlaşıb.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC