"Makkabi"nin dəyişmək istəyi baş tutmadı - "Sabah" Macarıstana da gedəsi olmayacaq

İsrailin “Makkabi” (Hayfa) klubunun “Sabah”la Konfrans Liqasının II təsnifat mərhələsində ilk matçının yerini dəyişdirmək istəyi baş tutmayıb.

Presssport.az xəbər verir ki, ilk görüş püşkə əsasən olduğu rəqibin meydanında keçiriləcək və təmsilçimiz də UEFA-nın təyin etdiyi qrafiklə oynamağı üstün tutub.

Sadəcə, iyulun 25-dəki qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi Macarıstanda deyil, Slovakiyada keçiriləcək. Məsələ ondadı ki, Debretsen şəhərindəki stadionda oyunun keçiriləcəyi saatda başqa tədbir olduğu üçün bu addım atılıb. İsraillilər bu üzdən “Sabah”dan ilk oyunun Bakıda baş tutmasını istəsələr də, təmsilçimiz buna müsbət cavab verməyib.

Onu da bildirək ki, hayfalıların "Sabah"ın harda qəbul edəcəyi UEFA vastiləsilə təmsilçimizə hələ ki rəsmən bildirilməyib. Yazılan məkanlar İsrail mətbuatının məlumatlarıdı. 

Xatırladaq ki, cavab qarşılaşması avqustun 1-də Masazırda oynanılacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC