“Qarabağ” Premyer Liqanın XX turunda “Kəpəz”lə səfər matçını 10 nəfərlə başa vurmalı olub. Presssport.az-ın Qəbələyə ezam olunmuş əməkdaşı xəbər verir ki, ağdamlılar hesabı bərabərləşdirəndə rəqib qapıçıyla mübarizədə başında ciddi cəsarət alan, başı sarılan fransalı yarımmüdafiəçi Yassin Benzia meydana qayıda bilməyib.
Qonaqların da əvəzləmə bitmişdi və Benzia son meydana çıxan futbolçu idi.
Onu da bildirək ki, baş hakim Nicat İsmayıllı mümkün qırmızı vərəqənin yoxlanılmasıyla bağlı VAR monitoruna baxmağa göndərilib və yekunda meydan sahiblərinin braziliyalı qapıçısı İqor Rodriqesə sarı vərəqə göstərib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC