Montella Avstriyadan revanş almağa köklənib: "Bəlkə də 1/8 finala adlayan ən gənc komanda bizik"

Türkiyə millisinin baş məşqçisi Vinçentso Montella AVRO-2024-ün qrup mərhələsinin III turunda Çexiya yığmasına qalib gəlmələri (2:1) və 1/8 finala adlamaqları barədə danışıb.

Presssport.az xəbər verir ki, italiyalı mütəxəssis belə bir uğura imza atdıqları üçün çox xoşbəxt olduğunu deyib: “Millətimiz, futbolçularımız, xalqımız adına çox xoşbəxtəm. Komandanın üzərində lazımsız təzyiq yaradılmışdı. Çexiyanın qolu qeydə alınmamalı idi. Bəlkə də 1/8 finala adlayan ən gənc komanda bizik. Barış Alper Yılmaz çox yaxşı oynadı. Komandamızda sonadək mübarizə aparmayan bir futbolçu belə tapa bilməzsiniz. Çox yaxşı oyun keçirdik. Xüsusən də fiziki cəhətdən mükəmməl idik. Sonadək mübarizə aparmayan futbolçu tapa bilməzsiniz. Sona qədər döyüşən komandamız var”. 

Montella 1/8 finalda qarşılaşacaqları Avstriya yığmasını belə dəyərləndirib: "Belə turnirlərdə hesablama aparmaq lazım deyil. Nə qədər irəliləyirsinizsə, yaxşı rəqiblər gəlir. Bundan sonra daha fərqli olacaq. Çünki fərqli bir turnir başlayır. Avstriyanı tanıyırıq, onunla daha əvvəl qarşılaşmışıq. Bu rəqiblə qarşılaşmağı istəyirdik. Hər kəsin belə revanş ruhuna sahib olması məni sevindirir, bunu görmək gözəldi. Mən də buna inanıram. Ancaq bundan sonra kim gəlir-gəlsin, fərq etməz. Yaxşı hazırlaşacağıq".

Xatırladaq ki, Avstriya - Türkiyə oyunu iyulun 2-də keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC