“Turan Tovuz”un yeni baş məşqçisi Kurban Berdıyevun korpusunda hazırda 4 nəfər yer alıb.
Presssport.az xəbər verir ki, onlardan 3-ü türkimənistanlı mütəxəssisin özüylə gətirdiyi, 1-si isə azərbaycanlı köməkçisi, konkret olaraq gəcn mütəxəssis Cavid Hüseynovdu.
Berdıyevin məşqçilik karyerası daha çox Rusiyaya bağlı olsa da, onun əsas köməkçisi moldovalıdı. Bu, Andrey Matsyuradı. Belə ki, 43 yaşlı mütəxəssis Kurban Bikeyeviçlə Qazaxıstanda "Kayrat"da, İranda "Traktor"da analtik məşqçi, son klubu Mahaçqala “Dinamo”sunda əsas köməkçisi olub.
Matsyura Moldovada futbolçu ailəsidi. Belə ki, Andreyin babası Sergey Matsyura futbol hakimi olub, SSRİ və Rusiya çempionatlarında idarəçilik edib. Atası Aleksandr Matsyura isə məşqçi olaraq daha çox Vətənində çalışaraq müxtəlif klubları, o cümlədən millisini çalışdırıb.
Bu il 70 illik yubileyi olacaq ata Matsyura Azərbaycana da gəlib. Belə ki, o, Moldova yığmasının baş məşqçisi kimi DÇ-2022-nin seçmə mərhələsində millimizlə rəqib olaraq 2001-ci ildə Bakıda 0:0 oynayıb, Kişinyovda 2:0 qalib gəlib.
Bundan 4 il sonra isə Matsyura Ataki “Nistru”sunun baş məşqçisi kimi UEFA Kubokunda “Xəzər Lənkəran”a rəqib olaraq onu məyus edib - evdə 3:1, səfərdə 2:1. O, 2006-cı ildə Rusiyaya köçərək “Rubin”də çalışıb və uzun illər Berdıyevin köməkçisi olub. Göründüyü kimi, indi oğlu təcrübəli mütəxəssisin yanındadı.
Onu da bildirək ki, Berdıyevin gətirdiyi fiziki hazırlıq və qapıçılarla üzrə işləyən məşqçilər rusiyalırardı. Gedişata əsasən məşqçilər korpusunda sayın artması istisna olunmur.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC