AVRO-2024-də 1/8 final mərhələsi başladı: İtaliya titulunu itirdi

Almaniyada təşkil olunan AVRO-2024-də ilk 1/8 final matçı keçirilib.

Presssport.az xəbər verir ki, İsveçrə və İtaliya yığmaları arasında

Berlindəki Olimpiya stadionunda reallaşan matç birincilərin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hesabı 37-ci dəqiqədə Remo Froyler açıb. 46-cı dəqiqədə Ruben Varqas yekun hesabı müəyyənləşdirib. Bununla da son Avropa çempionu olan italyanlar titulunu itirib 

Onu da bildirək ki, Murat Yakının komandasının 1/4 finalda rəqibi İngiltərə - Slovakiya cütünün qalibi olacaq.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC