“Səbail” mövsümlərarası fasiləsində ilk legioner transferini reallaşdırıb.
Presssport.az xəbər verir ki, “dənizçilər” Amir Bilaliylə müqavilə bağlayıb.
30 yaşlı albaniyalı mərkəz müdafiəçisiylə 1 illik anlaşmaya imza atılıb.
Amir Şimali Makedoniyada anadan olaraq, həm bu ölkənin, həm də Albaniyanın vətəndaşlığı daşıyır. O, futbolçu karyerasına 16 yaşında İtaliyada başlayıb və 2008-14-cü illərdə “Kremonese”nin heyətində yer alıb. Bilali 2012/13 mövsümünü icarə əsasında “Latsio”da keçirib.
Onun son klubu doğulduğu Qostivar şəhərinin eyniadlı təmsilçisi olub. Bilali bunadək Albaniya, Şimali Makedoniya, Monteneqro, Sloveniya, Rumıniya, Qazaxıstan, Macarıstan çempionatlarında da çıxış edib. Futbolçu 2014/15 mövsümündə "Tsele"ylə Sloveniya çempionatının gümüş medalçısı, Sloveniya Kubokunun finalçısı olub. O, "Akjayık"la Qazaxıstan Kubokunda da finaladək irəliləyib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC