Almaniyada təşkil olunan AVRO-2024-də 1/8 final mərhələsinin növbəti 2 matçı bu gün baş tutacaq.
Presssport.az xəbər verir ki, ilk olaraq İngiltərə və Slovakiya milli komandaları üz-üzə gələcək.Helzenkirhendəki "Feltins Arena"da baş tutacaq matçın start fiti saat 20:00-da səsləndiriləcək. İngilislər C qrupundan lider kimi növbəti mərhələyə yüksəlib. Slovaklar isə E qrupunda 3-cü olmaqla 1/8 finalda mübarizə aparmaq hüququ qazanıb. .
Günün digər matçı Kölndə keçiriləcək. İspaniya və Gürcüstan milliləri Bakı vaxtilə saat 23:00-da “Reyn Enerqi” stadionunda münasibətlərə aydınlıq gətirəcək. İspanlar 1/8 finala B qrupunun qalibi kimi yüksəlib. Gürcülər isə F qrupundan ən yaxşı 3-cü kimi növbəti mərhələyə adlayıb və növbəti sensasiya etmək iddiasındadı.
30 iyun
20:00. İngiltərə - Slovakiya
Baş hakim: Halil Umut Meler (Türkiyə).
Helzenkirhen. "Feltins Arena".
23:00. İspaniya - Gürcüstan
Baş hakim: Fransua Leteksye (Fransa).
Köln. “Reyn Enerqi” stadionu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC