"Papu" "Kəpəz"dən ilkin təklifi gözləyib, "yox" deməyib: "Bildiyim qədərilə 2 klubumuz onunla çox yaxından maraqlanır"

“Papu"dan belə bir xəbərimiz yoxdu. Bildiyim qədərilə həm ”Sumqayıt", həm də “Zirə” onunla çox yaxından maraqlanır. Amma bu transfer mübarizəsində hansı üstün olacaq - onu artıq bilmirəm".

Bu sözləri Presssport.az-a açıqlamasında “Kəpəz”in baş məşqçisi Adil Şükürov deyib.

Gəncəlilərin keçən mövsüm heyətinə cəlb etdiyi tanınmış gürcü yarımmüdafiəçi Georgi Papunaşvili da gedən oyunçular sırasındadı.

Şükürovun sözlərinə görə, Gürcüstün millisinin “Papu” ləqəbli 29 yaşlı sabiq futbolçusu onlardan ilkin təklifi gözləyib: "Biz də ona təklifimizi etdik. Sadəcə, Georgi daha yaxşı şərtlər istəyir. Daha yaxşı təklifləri olduğu üçün bizə “yox demədi və onları dəyərləndirir. Dediyim kimi, Azərbaycanda 2 variantının olduğunu eşitmişəm”. 

Xatırladaq ki, həm “Sumqayıt”, həm də "Zirə" bu yay avrokuboklarda təmsilçilərimiz olacaq. 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC