Güləşçilərimiz "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha 3 medal qazanıb

Azərbaycan güləşçiləri Rusiyanın Yakutsk şəhərində keçirilən "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında daha 3 medal qazanıb.

Güləş Federasiyasından Presssport.az-a verilən məlumata görə, U-15 yaş qrupu üzrə baş tutan yarışlarda Hüseyn Rzazadə (38 kq) gümüş, Rəşid Nazarov (52 kq) və Nihad Süleymanlı (75 kq) isə bürünc medal qazanıb.

Xatırladaq ki, "Asiya Uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında güləş yarışları iyulun 2-dək davam edəcək.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC