Azərbaycanın cüdo üzrə qadınlardan ibarət yığma komandasının üzvləri 24 iyundan etibarən İspaniyanın Valensiya şəhərində keçirilən beynəlxalq təlim-məşq toplanışına qatılıb.
Presssport.az xəbər verir ki, 30 iyuna qədər davam edən hazırlıq prosesinə qadın yığmamızın 6 üzvü qatılıb.
Belə ki, təlim-məşq toplanışında Könül Əliyeva, Aydan Vəliyeva, Gültac Məmmədəliyeva, Fidan Əlizadə, Acelya Toprak və Leyla Əliyeva iştirak edib. Cüdoçulara qadınlardan ibarət yığmanın baş məşqçisi Rəşad Məmmədov rəhbərlik edib.
Təlim-məşq toplanışı Paris-2024 Yay Olimpiya Oyunlarına və qarşıdan gələn digər beynəlxalq yarışlara hazırlıq məqsədi daşıyır.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC