Azərbaycan idmançılarının iyul ayı üçün reytinq cədvəli açıqlanıb

Gənclər və İdman Nazirliyi olimpiya idman növləri üzrə milli komandaların üzvlərinin iyul ayının 1-nə olan reytinq cədvəlini açıqlayıb.

Presssport.az qurumun mətbuat xidmətinə istinadən xəbər verir ki, bədii gimnastika üzrə qrup hərəkətləri komandası (510 xal) 1-ci pillədə qərarlaşıb.

Cüdoçu Hidayət Heydərov (450 xal) 2-ci, idman gimnastı Nikita Simonov (430 xal) isə 3-cüdü.

Bədii gimnast Zöhrə Ağamirova (340 xal), cüdoçular Zelim Kotsoyev (330 xal), Rəşid Məmmədəliyev (295 xal), Yaşar Nəcəfov (290 xal), Balabəy Ağayev (290 xal), Elcan Hacıyev (290 xal) növbəti sıralarda yer alıblar.

 


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC