Konfrans Liqasının II təsnifat mərhələsində "Sabah"ın rəqibi olan İsrail “Makkkabi”si təlim-məşq toplanışı üçün İspaniyaya yollanıb.
Presssport.az xəbər verir ki, hayfalıların baş məşqçisi Barak Bakar səfər zamanı hava limanında klubunun rəsmi saytına açıqlama verərək, təmsilçimizlə oyuna yaxşı hazırlaşmalı olduqlarını söyləyib: “Bir həftədən çoxdu məşqlərə başlamışıq. Gənc və təcrübəli futbolçuları komanda ətrafında birləşdirmək üçün hələ çox iş görməliyik. Komandada hər kəs İspaniyadakı təlim-məşq toplanışını gözləyirdi. Məqsəd yeni mövsümün ilk rəsmi oyunlarına ən yaxşı vəziyyətdə hazır olmaqdı. Bunun üçün planlarımız var. Ona görə də çox çalışmaq vacibdi. Hər kəs 100 faiz gücünü ortaya qoymalıdı. İnanıram ki, hazır formada geri dönəcəyik”,
Qeyd edək ki, “Sabah”ın “Makkabi” ilə ilk oyunu iyulun 25-də səfərdə keçirəcək.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC