Azərbaycanın yunan-Roma güləşçiləri Serbiyanın Novi Sad şəhərində keçirilən U-20 Avropa çempionatının son günündə 3 medal qazanıb.
Presssport az xəbər verir ki, İsmayıl Rzayev (82 kq) finalda türkiyəli Alperen Berberlə qarşılaşıb. O, rəqibinə məğlub olaraq gümüş medal qazanıb.
Tural Əhmədov (60 kq) və Ruslan Nurullayev isə 3-cü yer uğrunda görüşlərdə rəqiblərinə qalib gəlməklə bürünc medala sahib çıxıb.
Xatırladaq ki, daha əvvəl Məhəmməd Şükürzadə (63 kq) bürünc medal qazanmışdı.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC