Azərbaycanın 6 cüdo məşqçisi Yaponiyanın paytaxtı Tokioda Kodokan İnstitutunda peşəkar məşqçilik kurslarında iştirak edib.
Presssport.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 10 günlük kursda Kodokan İnstitutunun müəllimləri tərəfindən məşqçilərə müxtəlif kata və kodokan texnikaları öyrədilib.
Məşqçilər institutda keçirilən təlim və məşğələləri müşahidə etmək və iştirak etmək imkanı əldə edib. ACF-nin təhsil üzrə meneceri Orxan Oruczadə Kodokan İnstitutunun rəhbər heyəti ilə gələcək təhsil fəaliyyəti və qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.
Kurs iyunun 25-dən iyulun 3-dək keçirilib.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC