Vitali Borisov: "İşimiz çətin olacaq"

Bu gün UEFA Çempionlar Liqasının ilkin və əsas mərhələsinin püşkü atılıb. 

Presssport.az xəbər verir ki, bu yarışda ölkəmizi təmsil edəcək “Araz-Naxçıvan” 2024-2025-ci il mövsümünə İsveçdə start verəcək. Belə ki, H qrupunda yer alan “qırmızı-ağlar” meydan sahibi “Uddevalla” yanaşı “Sillamae Silla” (Estoniya) və “Sparta Belfast” (Şimali İrlandiya) klubları ilə də üz-üzə gələcək. Oyunlar avqustun 20-dən 25-dək keçiriləcək. 

Rəqiblərlə bağlı “Araz-Naxçıvan”ın baş məşqçisi Vitali Borisov azfutzal.az-a açıqlama verib:
“Açığı, rəqiblərimizlə bağlı hazırda dolğun informasiyamız yoxdur. Ancaq Estoniya və İsveçdə futzal oynayan, bu sahədə çalışan dostlarımız var. Yəqin ki, onların vasitəsilə müəyyən bilgilər əldə edəcəyik. Əsas narahatlıq yaradan məsələ qrup oyunlarının keçiriləcəyi ölkənin uzaq məsafədə yerləşməsidir. Bu da istər-istəməz yol yorğunluğu yaradacaq. Digər skandinavlar kimi İsveçdə də futzal inkişafdadır. Nəzər alsaq ki, doğma meydanda oynayacaqlar, deməli, bu amili də xeyirlərinə çevirməyə çalışacaqlar. Əvvəlki illərdən fərqli olaraq, reqlamentə əsasən, ancaq qrup qalibləri növbəti mərhələyə yüksələcək. Ona görə işimiz çətin olacaq. Bugündən rəqiblərlə bağlı məlumatlar toplamağa başlayacağıq. Çünki heyətlərindən xəbərimiz yoxdur. Yaxın günlərdə komandamızın hazırlıq planı və transferlərlə bağlı da məlumat paylaşacağıq”.

 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC