Dövlət qurumlarımızın əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirilib

Azərbaycan Gənclər və İdman Nazirliyi (GİN), Atıcılıq Federasiyası ilə birgə dövlət qurumlarının əməkdaşları arasında stend atıcılığı üzrə yarış keçirib.

Presssport.az federasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, yekun nəticələrə əsasən, qadınlar arasında keçirilən yarışda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) əməkdaşı İlahə Hacıyeva 1-ci olub.

Gənclər və İdman Nazirliyinin əməkdaşı Qumru Məmmədova yarışı 2-ci, Maliyyə Nazirliyinin əməkdaşı Aysel Qasımova isə 3-cü pillədə başa vurub.

Kişilər arasında keçirilən yarışda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Rəşad Eyyubov ən yüksək nəticə göstərərək 1-ci yerə layiq görülüb. SOCAR-ın əməkdaşı Elşən Lalayev 2-ci, Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Tural Həsənli isə 3-cü yerdə qərarlaşıb.

Onu da bildirək ki, Bakı Atıcılıq Mərkəzində keçirilən turnirdə 20 dövlət qurumundan 57 əməkdaş (19 qadın və 38 kişi) iştirak edib.


 

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC