Çerçesov Azərbaycan millisiylə matçda sevmədiyi andan danışdı

Qazaxıstan millisinin yeni baş məşqçisi Stanislav Çerçesov iyunda Azərbaycan (2:3) və Ermənistanla yığmalarıyla (1:2) keçirdikləri iki yoldaşlıq oyunu ilə bağlı təəssüratlarını bölüşüb.

Presssport.a zəbər verir ki, təcrübəli rusiyalı mütəxəssis daha çox millimizə uduzduqları görüşlə bağlı danışıb: "Bu posta gəlməmişdən əvvəl Qazaxıstan millisinin son iki oyununa baxdım. Ermənistan və Azərbaycana qarşı keçirilmiş matçları izlədim. Təbii ki, sevmədiyim anlar oldu. Azərbaycanla matçda 2:0 öndə idilər. İstənilən halda, 2:0 öndəsənsə, nə qədər çətin olsa da, nəticəni qorumaq lazımdı. Lakin sonda məğlubiyyətlə üzləşdilər".

Xatırladaq ki, millimiz qazaxlarla görüşdə ilk hissəni 1:2 məğlub tamamlasa da, sonradan 2 qol vuraraq əzmkar qələbə qazanmışdı.

Mehman Süleymanov

SON XƏBƏRLƏR

Canlı hesab

Bugün

Bazar B.E Ç.Ə Ç C.A C Ş
Haqqımızda

Rüstəm Rüstəmov, 10

994503911979

info@presssport.com

Bizi izləyin

© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC