Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan UEFA-nın Türkiyə millisinin futbolçusu Merih Dəmiralı 2 oyunluq cəzalandırılması qərarını növbəti dəfə şərh edib.
Presssport.az xəbər verir ki, dövlət başçısının fikrincə, Qərbin mentalitet nöqteyi-nəzərindən onları yanaşması dəyişməyib, hissləri hələ də eynidi: "Merih Dəmirala verilən cəza siyasidir. Əslində bu, bir millət olaraq Türkiyə üçün bir cəzadı. Buna ən yaxşı cavab Niderlanda qarşı matçda qələbə olardı. Təəssüf ki, bu, baş vermədi. Amma qarşıda 2026-cı il dünya çempionatı və 2028-ci il Avropa çempionatı var. Onlara ən yaxşı şəkildə hazırlaşaraq, ümid edirik ki, bunların revanşını almaq şansımız olacaq”.
Xatırladaq ki, UEFA Demiralı "boz qurd" işarəsi göstərdiyi üçün 2 oyunluq cəzalandırdığından, Niderland yığmasıyla 1/4 final matçını buraxmalı oldu.
Bugün
Bazar | B.E | Ç.Ə | Ç | C.A | C | Ş |
---|---|---|---|---|---|---|
© PressSport . copyright by Mehman Suleymanov all rights reserved. Created by INT BAKU LLC